The College is conducting student admission from the full secondary (11-year) educational base
Qərbi Kaspi Universitetinin Kolleci 2023/2024-cü tədris ili üçün tam orta(11 illik) təhsil bazasından tələbə qəbulu həyata keçirir Aşağıda Kollecdə kadr hazılığı aparılan ixtisasların siyahısı və xarakteristikası verilir Şifr:040306 Proqram: “Dizayn (sahələr üzrə)” Təhsil müddəti: 2 il İllik təhsil haqqi: 1190 AZN Təhsil forması: Əyani Bazar iqtisadiyyatı şəraitində Respublikamızda fəaliyyət göstərən yüngül sənaye, toxuculuq və qida müəssisələri, birliklər və s. müxtəlif çeşidlərdə məhsulların istehsalı ilə məşğuldur. Ayrı – ayrı sənaye, yeyinti, mətbəə və s. növ məhsulların estetik göstəricilərinin cəmiyyətin zövqünə uyğun olaraq yüsəldilməsi, onların xarici görünüşlərinin dizayn elementləri ilə daha da zənginləşdirilməsi dövrümüzün tələbidir. Bu ixtisası bitirən məzunlar kütləvi istehsal sahələri ilə bərabər fərdi fəaliyyət göstərən bir sıra sənaye, yeyinti şirkət və müəssisələrində - moda evlərində, geyim və tekstil müəssisələrində, mebel fabriklərində, reklam şirkətlərində,mətbəələrdə və digər sahələrdə dizayner fəaliyyəti ilə məşğul ola bilərlər. Bu ixtisasa sahib olan məzunlar modelyer, stilist, geyim sektorunda trend, imic və üslub üzrə məsləhətçi, teatr, film və televiziya sahəsində geyim aksesuarlarının dizayneri, qrafik dizayner və s. vəzifələrində işləyə bilərlər. Qərbi Kaspi Universitetində bakalavriat səviyyəsində təhsilini davam etdirən kollec məzunlarına da bir sıra güzəştlər nəzərdə tutulur. Şifr:040306 Proqram: “Dizayn (sahələr üzrə)” Təhsil müddəti: 2 il İllik təhsil haqqi: 1190 AZN Təhsil forması: Əyani Bazar iqtisadiyyatı şəraitində Respublikamızda fəaliyyət göstərən yüngül sənaye, toxuculuq və qida müəssisələri, birliklər və s. müxtəlif çeşidlərdə məhsulların istehsalı ilə məşğuldur. Ayrı – ayrı sənaye, yeyinti, mətbəə və s. növ məhsulların estetik göstəricilərinin cəmiyyətin zövqünə uyğun olaraq yüsəldilməsi, onların xarici görünüşlərinin dizayn elementləri ilə daha da zənginləşdirilməsi dövrümüzün tələbidir. Bu ixtisası bitirən məzunlar kütləvi istehsal sahələri ilə bərabər fərdi fəaliyyət göstərən bir sıra sənaye, yeyinti şirkət və müəssisələrində - moda evlərində, geyim və tekstil müəssisələrində, mebel fabriklərində, reklam şirkətlərində,mətbəələrdə və digər sahələrdə dizayner fəaliyyəti ilə məşğul ola bilərlər. Bu ixtisasa sahib olan məzunlar modelyer, stilist, geyim sektorunda trend, imic və üslub üzrə məsləhətçi, teatr, film və televiziya sahəsində geyim aksesuarlarının dizayneri, qrafik dizayner və s. vəzifələrində işləyə bilərlər. Qərbi Kaspi Universitetində bakalavriat səviyyəsində təhsilini davam etdirən kollec məzunlarına da bir sıra güzəştlər nəzərdə tutulur. Şifr:040401 Proqram: “Bank işi” ixtisası üzrə subbakalavr Təhsil müddəti: 2 il İllik təhsil haqqi:1190 AZN Təhsil forması: Əyani Təlim dili: Azərbaycan Bazar iqtisadiyyatı şəraitində təsərrüfat subyektlərinin maliyyə resurslarına olan tələbatının ödənilməsində bankların həlledici rolu vardır. Müasir dövrdə yüksək ixtisaslı bank işçilərinə ehtiyac günbəgün artmaqdadır. Bu səbəbdən Qərbi Kaspi Universitetinin kollecində də bu ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Tələbələr bank balansının məzmunu və quruluşunu, hesablar planını, milli və xarici valyuta ilə əməliyyatların uçotunu, kassa əməliyyatlarını, bankdaxili və banklararası əməliyyatların uçotunu, beynəlxalq hesablaşmaların uçotunu öyrənir, banklarda uçotun avtomatlaşdırılması və kompüterləşdirilməsi, sənəd dövriyyəsinin təşkili, bank hesablarının tərtib edilməsi bacarığına sahib olurlar. Bu ixtisas üzrə kolleci bitirən məzunlar banklarda, maliyyə idarələrində, firma və şirkətlərdə iqtisadçı, xəzinədar də digər vəzifələrdə çalışa bilərlər. Qərbi Kaspi Universitetində bakalavriat səviyyəsində təhsilini davam etdirən kollec məzunlarına da bir sıra güzəştlər nəzərdə tutulur. Şifr:040402 Proqram: “ Bələdiyyə işi” Təhsil müddəti: 2 il İllik təhsil haqqi:1190 AZN Təhsil forması: Əyani Təlim dili: Azərbaycan Bu ixtisas üzrə təhsil alan subbakalavrlar aşağıdakı bilik və bacarıqlara yiyələnəcəklər: Məzunlar mərkəzi və yerli dövlət idarəetmə orqanlarında, yerli özünü idarəetmə təşkilatlarında, yerli və regional mərkəzlərdə, təşkilati – hüquqi formasından asılı olmayaraq ictimai əhəmiyyətli qurum və şirkətlərdə, beynəlxalq təşkilatlarda və digər strukturlarda işləyə bilərlər. Qərbi Kaspi Universitetində bakalavriat səviyyəsində təhsilini davam etdirən kollec məzunlarına da bir sıra güzəştlər nəzərdə tutulur. Şifr:040404 Proqram: “Maliyyə işi” Təhsil müddəti: 2 il İllik təhsil haqqi:1190 AZN Təhsil forması: Əyani Təlim dili: Azərbaycan və rus “Maliyyə işi” ixtisası üzrə subbakalavrlar aşağıdakı bilik və bacarıqları mənimsəməlidir: Bu ixtisası bitirən kollec məzunları dövlət maliyyə, vergi, sosial – müdafiə, gömrük orqanları, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri – dövlət müəssisə, təşkilat və təsərrüfat subyektlərində maliyyə xidməti göstərilməsi ilə bağlı müvafiq vəzifələrdə çalışa bilərlər. Qərbi Kaspi Universitetində bakalavriat səviyyəsində təhsilini davam etdirən kollec məzunlarına da bir sıra güzəştlər nəzərdə tutulur. Təhsil müddəti: 2 il (tam orta təhsil- - 11 illki bazadan) İllki təhsil haqqı: 1190 AZN Təhsil forması: Əyani Təlim dili: Azərbaycan dili “Marketinq” ixtisasını bitirən məzun marketinq peşəsinə sahib olmalıdır. Yəni bazarı araşdırmağı, təhlil etməyi, nizamlamağı, istiqamətləndirməyi, reklam fəaliyyətini, satışı təhlil və idarə etməyi bacarmalıdır. Bu ixtisası bitirən məzunlar bakalavr səviyyəsində ixtisasını davam etdirə və ya banklar, bələdiyyə qurumlarında, təsərrüfat xidmətlərində, birjalar, maliyyə, sığorta şirkətlərində, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə, təşkilat və təsərrüfat subyektlərində müvafiq vəzifələrdə işləyə bilər. Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur. Şifr: 040406 Proqram: “Mühasibat uçotu” Təhsil müddəti: 2 il Təhsil haqqı: 1190 AZN Təhsil forması: Əyani Təlim dili: Azərbaycan və rus dili İndiki dövrdə müasir İKT- lərdərdən istifadəni bacaran uşot işçilərinə böyük təlabat vardır. Sözügedən ixtisas üzrə təhsil alanlar mühasibat uçotunun mahiyyətini, mühasibat balansını, statistik məlumatları, hesabat hazırlığını, onları təhlil etməyi örgənirlər. İxtisasa yiyələnən məzunlar mülkiyyət formasından asılı olmayaraq xalq təsərrüfatının müxtəlif sahələrində mühasib, uçot işçisi və digər vəzifələrdə çalışa bilərlər. Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur. Şifr:040408 Proqram: “Sığorta işi” Təhsil müddəti: 2 il İllik təhsil haqqi:1190 AZN Təhsil forması: Əyani Təlim dili: Azərbaycan Azərbaycanın sığorta bazarı bu gün sığorta işini yaxşı bilən ixtisaslı kadr çatışmazlığından əziyyət çəkir. Sığorta bazarının inkişaf etdirilməsi üçün ilk növbədə sırf peşəkar sığorta kadrlarının olması əsas vasitələrdən biridir. Məhz bu zərurəti nəzərə alaraq QKU kollecində bu ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisas üzrə təhsil alan subbakalavrlar sığorta işini nəzəri cəhətdən bilməli, təkrar sığorta üzrə gəlirləri və xərcləri müəyyən etməyi bacarmalı, o cümlədən aktual hesabatların aparılması, sığorta ehtiyatlarının formaqlaşması metodlarını bilməli, sığorta bazarını təhlil etmək qabiliyyətinə malik olmalıdır. Bu ixtisası bitirən məzunlar müxtəlif sığorta şirkətlərində sığorta agenti, sığorta işçisi və digər vəzifələrdə işləyə bilərlər. Qərbi Kaspi Universitetində bakalavriat səviyyəsində təhsilini davam etdirən kollec məzunlarına da bir sıra güzəştlər nəzərdə tutulur. Şifr:040410 Proqram: “Vergi işi” Təhsil müddəti: 2 il İllik təhsil haqqi:1190 AZN Təhsil forması: Əyani Təlim dili: Azərbaycan Bazar şəraitində iqtisadiyyatın dayanıqlı inkişafının və dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində vergi orqanları həlledici rol oynayır. Təhsil dövründə tələbələr vergi sisteminin mahiyyətini, vergi subyektlərinin hüquq və vəzifələrini öyrənir, vergi fəaliyyətinin nəticələrini təhlil edir, nəticə çıxarmağı, təkliflər verməyi, vergi nəzarəti yoxlaması və audit nəticələri üzrə yekun sənədlərin hazırlanması, nəzarət tədbirləri və onun rəsmiləşdirilməsi bacarığına malik olurlar. Bu ixtisası bitirən məzunlar vergi orqanlarında, auditor palatalarında, eləcə də xalq təsərrüfatının müxtəlif sahələrində iqtisadçı, uçot işçisi, auditor və s. vəzifələrində işləyə bilərlər. Qərbi Kaspi Universitetində bakalavriat səviyyəsində təhsilini davam etdirən kollec məzunlarına da bir sıra güzəştlər nəzərdə tutulur. Şifr: 040503 Proqram: “İxtisas: Avtomatlaşdırılmış idarəetmə sistemlərinin istismarı” Təhsil müddəti: 2 il Təhsil forması: Əyani İllik təhsil haqqı: 1190 AZN Təlim dili: Azərbaycan dili Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi indiki dünyada İKT sahəsində peşəkar kadrlara ciddi ehtiyyac var. Bunu nəzərə alan QKU- i sözügedən ixtisas üzrə kollecdə kadr hazırlayır. “AİS-lərinin istismarı” ixtisası üzrə təhsil alan subbakalavrlar AiS-lərinin quruluşu, informasiya sistemlərinin modellərini AİS-lərin layihələndirilmə modellərini, onların qurulması mərhələlərini AİS-lərin qurulması prinsipləri və proqram vasitələri və digər məsələləri mənimsəməlidir. Sözügedən ixtisası bitirən subbakalavrlar mülkiyyət formasında asılı olmayaraq müxtəlif müəssisə və təşkilatların İKT strukturlarında uyğun vəzifələrdə çalışa bilərlər. Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur. Şifr: 040518 Proqram:” Ətraf mühitin mühafizəsi və bərpası” Təhsil müddəti: 2 il Təhsil forması: Əyani İllik təhsil haqqı: 1190 AZN Təlim dili: Azərbaycan dili Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi müasir dövrdə ekologiyanın və ətraf mühitin mühafizəsi və bərpası ümumbəşəri problemə çevirmişdir. Bu problemin həlli yüksək ixtisaslı kadrlara, o cümlədən, orta pillə kadrların hazırlanmasına xüsusi ehtiyyac yaradır. Azərbaycan Respublikasında orta ixtisas müəssisələri arasında bu tələbin ödənilməsinə xüsusi töhvə vermək məqsədilə Qərbi Kaspi Universitetinin nəznində fəaliyyət göstərən Kollecdə “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Kollecdə təhsil aldıqları müddətdə tələbələr ekoloji audit və ekoloji ekspertizanın nəzəri əsaslarını, prinsip və metodlarını, normativ texnoloji sənədləri, monitorinq növlərini və s. öyrənir, ətraf mühit obyektləri nümunələrinin kimyəvi analizlərini aparmaq, yaranan ekoloji şəraiti təhlil etmək, qiymətləndirmək və s. bacarıqlara yiyələnir. Kollec məzunları ixtisasları üzrə təbiəti mühafizə müəssisələrində, sənaye təşkilatlarında, kimya labaratoriyalarında, qoruqlarda, uyğun vəzifələrdə çalışa bilərlər. Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Şifr: 040530 Proqram: “Kompüter sistemlərində proqram təminatı” Təhsil müddəti: 2 il Təhsil forması: Əyani İllik təhsil haqqı: 1190 AZN Təlim dili: Azərbaycan və rus dili Sözügedən ixtisas üzrə təhsilini başa vuran məzunlar aşağıdakı peşə funksiyalarının yerinə yetirmək bacarığına sahib olmalıdır: Bu ixtisası bitirən məzunlar, layihə və elmi tədqiqat institutlarında, istehsal və sənaye müəssisələrində, təşkilati-hüquqi formasından asılı olmayaraq peşə fəaliyyətində proqram vasitələrindən istifadə edən müxtəlif müəssisə və qurumlarda müvafiq vəzifələrdə işləyə bilərlər. Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur. Şifr: 040531 Proqram: “Kopütersistemlərinin təmiri və servisi” Təhsil müddəti: 2 il Təhsil forması: Əyani İllik təhsil haqqı: 1190 AZN Təlim dili: Azərbaycan dili Sözügedən ixtisas üzrə təhsil alan məzunlar kompüter və notebookların diaqnostikası, formatı və təmiri, əməliyyat sistemlərinin quraşdırlıması, ofis proqramlarının işlənməsi, antivirus proqramlarının yazılışı, silinmiş və itirilmiş faylların bərpası və s. üzrə peşə kompentensiyalarına nail olmalıdır. Bu ixtisas üzrə kollec məzunları sistem adminstratoru (inzibatçısı), texniki xidmət vəzifələrində çalışa bilərlər. “Kopüter sistemlərinin təmiri və servisi” ixtisasına yerləşən subbakalavrlar QKU-nun uyğun ixtisası üzrə bakalavriat səviyyəsində təhsillərini davam etdirdikdə onlar universitet tərəfindən müəyyən edilən güzəştlərdən istifadə edə bilərlər. Şifr: 040554 Proqram: Poçt rabitəsi ixtisası üzrə subbakalavr Təhsil müddəti: 2 il İllik təhsil haqqi: 1190 AZN Təhsil forması: Əyani “Poçt rabitəsi” ixtisası üzrə subbakalavr təhsil müddətində aldığı biliklər əsasında rabitə və informasiya- kommunikasiya texnologiyaları sahəsində peşə fəaliyyəti ilə məşğul ola və bakalavr pilləsində təhsilini davam etdirə bilər. Bu ixtisası bitirən məzun poçt rabitəsi sahəsində bağlamaların, sifarişli məktubların qəbulu, onların sənədləşdirilməsi, mübadilə edilməsi, çatdırılması, rüsum haqlarının düzgün alınması, qeyri- ənənəvi xidmətlərin ( qaz, işıq və su) pullarının toplanması, bank əməliyyat xidmətlərinin yerinə yetirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilər. Şifr: 040555 Proqram: “Poliqrafiya istehsalatı texnologiyası” Təhsil müddəti: 2 il Təhsil forması: Əyani İllik təhsil haqqı: 1190 AZN Təlim dili: Azərbaycan dili Yaşadığımız kompüterləşmə əsrində çap məhsullarına təlabat xeyli artmışdır. Bu sahədə kadrlara olan təlabatı ödəmək məqsədilə QKU kollecində “Poliqrafiya istehsalatı texnologiyası” ixtisası üzrə kadr hazırlığı aparılır. Sözügedən ixtisas üzrə tələbələr təhsil illərində aşağıdakı kompetensiyaları əldə edirlər. “Poliqrafiya istehsalatı texnologiyası” bitirən məzunlar müəkiyyət formasından asılı olmayaraq çap istehsalı ilə məşğul olan şirkətlərdə və nəşriyyatlarda uyğun vəzifələrdə çalışa bilərlər. Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur. Şifr: 040601 Proqram: “Aqrar (fermer) təsərrüfatının təşkili” Təhsil müddəti: 2 il Təhsil forması: Əyani İllik təhsil haqqı: 1190 AZN Təlim dili: Azərbaycan dili Təhsil proqramının sonunda məzun, ixtisası üzrə aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir. Bu ixtisası bitirən məzunlar kooparativlər, aqroparklar, aqrobiznes inkubasiya mərkəzləri, assosasiyalar, mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı müəssisə və təşkilatlarda uyğun vəzifələrdə işləyə bilərlər. Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur. Şifr: 040609 Proqram: “Meşə və meşə park” Təhsil müddəti: 2 il Təhsil forması: Əyani İllik təhsil haqqı: 1190 AZN Təlim dili: Azərbaycan dili Sözügedən ixtisas üzrə təhsil aldıqdan sonra məzunlar aşağıdakı peşə kompentensiyalarına sahib ola bilərlər Bu ixtisasa yiyələnən məzunlar mülkiyyət vormasından və tabeliyindən asılı olmayaraq Dövlət Meşə Fondu Torpaqlarında, Dövlət Təbiət qoruqlarında, Milli parklarda, yaşıllaşdırma treslərində komunal və mənzil təsərrüfatlarının yaşıllaşdırma sahələrində, bələdiyyələrdə, avtonəqliyyat və yol istismarı idarələrində peşəsinə və ixtisas dərəcəsinə uyğun olaraq meşəçi, meşəçi-aqronom və digər vəzifələrdə işləyə bilər. Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur. Şifr: 040713 Proqram: “Sosila iş” Təhsil müddəti: 2 il Təhsil forması: Əyani İllik təhsil haqqı: 1190 AZN Təlim dili: Azərbaycan dili Təhsil proqramının sonunda məzun aşağıdakı kompetensasiyalara yiyəllənəcək. Sosial iş ixtisasını bitirən məzunlar əhalinin müxtəlif qruplarının sosial müdafiəsini həyata keçirən dövlət və qeyri-dövlət təşkilatlarında, həmçinin müxtəlif beynəlxalq təşkilatların yerli nümayəndəliklərində çalışa bilər. Bu təşkilatlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, Dövlət Sosial Müdafiə fondunu, Təhsil Nazirliyi, BMT-nin müvafiq fondlarını və s. aid etmək olar. Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur. Şifr: 040717 Proqram: “Turizm işinin təşkili” Təhsil müddəti: 2 il Təhsil forması: Əyani İllik təhsil haqqı: 1190 AZN Təlim dili: Azərbaycan və rus dili Ölkəmiz son illərədə dünyanın turizm mərkəzlərindən birinə çevrilmişdi. Əcnəbi və yerli turistlərlərə mövcud standartlara cavab verən turizm xidmət göstərmək ən mühüm tələblərdən biridir Təhsil proqramının sonunda məzun aşağıdakı kompetensasiyalara yiyəllənəcək. Məzunalar turizm, sağlamlıq, mehmanxana, restoran təsərrüfatlarında- Azərbaycanda turizmin bütün sahələrində, nəqliyyat müəssisə və dövlət idarə etmə orqanlarının bütün səviyyələrində ixtisaslarına uyğun vəzifələrdə işləyə bilərlər. Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur.