Qərbi Kaspi Universitetinin Kolleci

Qəbul

2023/2024-cü tədris ili üçün tam orta(11 illik) təhsil bazasından tələbə qəbulu

 

Qərbi Kaspi Universitetinin Kolleci 2023/2024-cü tədris ili üçün tam orta (11 illik) təhsil bazasından tələbə qəbulu həyata keçirir

Aşağıda Kollecdə kadr hazırlığı aparılan ixtisasların siyahısı və xarakteristikası verilir

 

1. İxtisas: Bank işi

          Şifr:040401

          Proqram: “Bank işi”

          Təhsil müddəti: 2 il

          İllik təhsil haqqi:1190 AZN

          Təhsil forması: Əyani

          Təlim dili: Azərbaycan

 

Bazar iqtisadiyyatı şəraitində təsərrüfat subyektlərinin maliyyə resurslarına olan tələbatının ödənilməsində bankların həlledici rolu vardır. Müasir dövrdə yüksək ixtisaslı bank işçilərinə ehtiyac günbəgün artmaqdadır. Bu səbəbdən Qərbi Kaspi Universitetinin kollecində də bu ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.

Tələbələr bank balansının məzmunu və quruluşunu, hesablar planını, milli və xarici valyuta ilə əməliyyatların uçotunu, kassa əməliyyatlarını, bankdaxili və banklararası əməliyyatların uçotunu, beynəlxalq hesablaşmaların uçotunu öyrənir, banklarda uçotun avtomatlaşdırılması və kompüterləşdirilməsi, sənəd dövriyyəsinin təşkili, bank hesablarının tərtib edilməsi bacarığına sahib olurlar.

Bu ixtisas üzrə kolleci bitirən məzunlar banklarda, maliyyə idarələrində, firma və şirkətlərdə iqtisadçı, xəzinədar də digər vəzifələrdə çalışa bilərlər.

Qərbi Kaspi Universitetində bakalavriat səviyyəsində təhsilini davam etdirən kollec məzunlarına da bir sıra güzəştlər nəzərdə tutulur.

 

2. İxtisas: Bələdiyyə işi

          Şifr:040402

          Proqram: “ Bələdiyyə işi”

          Təhsil müddəti: 2 il

          İllik təhsil haqqi:1190 AZN

          Təhsil forması: Əyani

          Təlim dili: Azərbaycan

 

Bu ixtisas üzrə təhsil alan subbakalavrlar aşağıdakı bilik və bacarıqlara yiyələnəcəklər:

  • iş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
  • komandada iş, problemin həllinə yaradıcı yanaşmaq qabiliyyətinə;
  • yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək keyfiyyətinə və uğur qazanmaq iradəsinə;
  • məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
  • bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə vəziyyəti, özünü yenidən qiymətləndirməsi və özünü tənqid bacarığına.

Məzunlar mərkəzi və yerli dövlət idarəetmə orqanlarında, yerli özünü idarəetmə təşkilatlarında, yerli və regional mərkəzlərdə, təşkilati – hüquqi formasından asılı olmayaraq ictimai əhəmiyyətli qurum və şirkətlərdə, beynəlxalq təşkilatlarda və digər strukturlarda işləyə bilərlər.

Qərbi Kaspi Universitetində bakalavriat səviyyəsində təhsilini davam etdirən kollec məzunlarına da bir sıra güzəştlər nəzərdə tutulur.

 

3. İxtisas: Maliyyə işi

          Şifr:040404

          Proqram: “Maliyyə işi”

          Təhsil müddəti: 2 il

          İllik təhsil haqqı:1190 AZN

          Təhsil forması: Əyani

          Təlim dili: Azərbaycan və rus

 

“Maliyyə işi” ixtisası üzrə subbakalavrlar aşağıdakı bilik və bacarıqları mənimsəməlidir:

  • maliyyəyə aid ümumi qanunauyğunluqları;
  • maliyyənin nəzəri məsələlərini;
  • maliyyə, bank – kredit, vergi, siğorta məsələləri üzrə statistik materialların və hesabatların hazırlanması metodikasını;
  • maliyyə bazarlarının idarə edilməsi və tədqiqi məsələləri və s.;

Bu ixtisası bitirən kollec məzunları dövlət maliyyə, vergi, sosial – müdafiə, gömrük orqanları, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri – dövlət müəssisə, təşkilat və təsərrüfat subyektlərində maliyyə xidməti göstərilməsi ilə bağlı müvafiq vəzifələrdə çalışa bilərlər.

Qərbi Kaspi Universitetində bakalavriat səviyyəsində təhsilini davam etdirən kollec məzunlarına da bir sıra güzəştlər nəzərdə tutulur.

 

4. İxtisas: Marketinq

      Şifr: 040405

      Proqram: Marketinq (sahələr üzrə)

          Təhsil müddəti: 2 il

          İllik təhsil haqqı: 1190 AZN

         Təhsil forması: Əyani

         Təlim dili: Azərbaycan dili

 

“Marketinq” ixtisasını bitirən məzun marketinq peşəsinə sahib olmalıdır. Yəni bazarı araşdırmağı, təhlil etməyi, nizamlamağı, istiqamətləndirməyi, reklam fəaliyyətini, satışı təhlil və idarə etməni bacarmalıdır.

Bu ixtisası bitirən məzunlar bakalavr səviyyəsində ixtisasını davam etdirə və ya banklar, bələdiyyə qurumlarında, təsərrüfat xidmətlərində, birjalar, maliyyə, sığorta şirkətlərində, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə, təşkilat və təsərrüfat subyektlərində müvafiq vəzifələrdə işləyə bilər.

Kollec məzunları QKU-nu seçərkən universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur.

 

5. İxtisas: Mühasibat uçotu

          Şifr: 040406

          Proqram: “Mühasibat uçotu”

          Təhsil müddəti: 2 il

          Təhsil haqqı: 1190 AZN

          Təhsil forması: Əyani

          Təlim dili: Azərbaycan və rus dili

 

İndiki dövrdə müasir İKT- lərdən istifadəni bacaran uçot işçilərinə böyük təlabat vardır. Sözügedən ixtisas üzrə təhsil alanlar mühasibat uçotunun mahiyyətini, mühasibat balansını, statistik məlumatları, hesabat hazırlığını, onları təhlil etməyi öyrənirlər.

İxtisasa yiyələnən məzunlar mülkiyyət formasından asılı olmayaraq xalq təsərrüfatının müxtəlif sahələrində mühasib, uçot işçisi və digər vəzifələrdə çalışa bilərlər.

Kollec məzunları Qərbi Kaspi Universitetini seçdikdə universitet tərəfindən müəyyən güzəştlər nəzərdə tutulur.

 

6. İxtisas: Metrologiya xidməti

         Şifr: 040541

         Proqram: “Metrologiya xidməti”

         Təhsil müddəti: 2 il

         Təhsil haqqı: 1190 AZN

         Təhsil forması: Əyani

         Təlim dili: Azərbaycan dili

 

Metrologiya xidməti ixtisası ölçmə vasitələrinin seçilməsini bacarmaq, ölçmə vasitələrinin metroloji etibarlılığını təmin etmək, plan, proqram, smeta sifariş, təlimat və digər texniki sənədlərin tərtib edilməsi, ilkin verilənlərin hazırlanmasında iştirak etməyi bacarmaq və digər peşə nailiyyətlərinə yiyələnməklə metrologiya və standartlaşdırma idarələrində, sənaye müəssisələrinin o cümlədən fabrik və zavodlarda, müxtəlif istehsalat müəssisələrində texnik metroloq, norma nəzarətçisi, texnik-texnoloq standartlaşdırma üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilər.

 

7. İxtisas: Sınaq – diaqnostika üsulu və cihazları

         Şifr: 040560

         Proqram: “Sınaq – diaqnostika üsulu və cihazları”

         Təhsil müddəti: 2 il

         Təhsil haqqı: 1190 AZN

         Təhsil forması: Əyani

         Təlim dili: Azərbaycan dili

 

Sınaq diaqnostika üsul və cihazları ixtisasını kompüterdə işləmək bacarığı və ümumi təyinatlı proqram təminatından istifadə etmək bacarığı, kompüter diaqnostikasının aparılması,deffektlərin axtarılması və aradan qaldırılması, sınaq diaqnostika cihazlarının texniki xidmət və təmir işlərinin yerinə yetirilməsi ilə əlaqədar texniki sənədlərin hazırlanmasını bacarmaq, sınaq diaqnostika sahəsində texniki biliklərə yiyələnmək və digər peşə nailiyyətlərinə yiyələnməklə özəl və dövlət sınaq diaqnostik mərkəzlərində, bu sahə üzrə ixtisaslaşdırılmış laboratoriyalarda kiçik mütəxəssis kimi fəaliyyət göstərə bilər.