Tələbələrimiz Aktiv ol, Xoşbəxt ol layihəsində iştirak edirlər
Qərbi Kaspi Universiteti Kollecinin tələbələri Sübhan İbadov və Məhəmməd İbadov Türkiyənin Çanaqqala şəhərində keçirilən “Aktiv ol, Xoşbəxt ol" layihəsində iştirak edirlər.
Layihə əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyasını dəstək məqsədi daşıyır.
Ümumilikdə 5 ölkədən - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan və Portuqaliyadan olan gənclərin qatıldığı tədbirlərin üçüncü günündə Azərbaycan mədəniyyət gecəsi təşkil olunub.


